Azərbaycanda Tarix-mədəniyyət qoruqları yaradılıb

 Azərbaycanda Tarix-mədəniyyət qoruqları yaradılıb
  22 Oktyabr 2019    Oxunub:1697
Prezident İlham Əliyev "Tarix-mədəniyyət qoruqlarının yaradılması haqqında" sərəncam imzalayıb.
Azvision.az xəbər verir ki, sərəncamla “Çıraqqala” və “Şabran şəhəri” tarixi qoruqlarının ərazisi “Çıraqqala–Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğu elan edilib. Şəmkir rayonunun tarixi ərazisi “Qədim Şəmkir Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğu elan edilib.

Ağsu rayonunun tarixi ərazisi “Orta Əsr Ağsu Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğu elan edilib.

Mədəniyyət Nazirliyinə “Nizami Gəncəvi məqbərəsi” kompleksinin Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun tərkibində fəaliyyətini təmin etmək; “Çıraqqala–Şabran”, “Qədim Şəmkir Şəhəri” və “Orta Əsr Ağsu Şəhəri” Dövlət Tarix-Mədəniyyət qoruqlarının idarə olunmasını təmin etmək tapşırılıb.

Nazirlər Kabinetinə “Çıraqqala–Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğunun sərhədlərini və mühafizə zonalarını Mədəniyyət Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası, Şabran və Siyəzən rayon icra hakimiyyətləri ilə birlikdə müəyyənləşdirib təsdiq etmək; “Qədim Şəmkir Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunun sərhədlərini və mühafizə zonalarını Mədəniyyət Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası və Şəmkir Rayon İcra Hakimiyyəti ilə birlikdə müəyyənləşdirib təsdiq etmək; “Orta Əsr Ağsu Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunun sərhədlərini və mühafizə zonalarını Mədəniyyət Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası və Ağsu Rayon İcra Hakimiyyəti ilə birlikdə müəyyənləşdirib təsdiq etmək; “Çıraqqala–Şabran”, “Qədim Şəmkir Şəhəri” və “Orta Əsr Ağsu Şəhəri” Dövlət Tarix-Mədəniyyət qoruqlarının ərazilərinin xüsusi rejimini 3 ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək; “Çıraqqala–Şabran”, “Qədim Şəmkir Şəhəri” və “Orta Əsr Ağsu Şəhəri” Dövlət Tarix-Mədəniyyət qoruqlarının idarə olunması, qorunması, təbliği və fəaliyyətinin maddi-texniki təminatı ilə bağlı zəruri tədbirlər həyata keçirmək tapşırılıb.

Azvision.az



Teqlər: İlham-Əliyev   Prezident  





Xəbər lenti