2020-ci ilin yaşayış minimumu və ehtiyac meyarı açıqlanıb

   2020-ci ilin yaşayış minimumu və ehtiyac meyarı açıqlanıb
  22 Oktyabr 2019    Oxunub:10469
Azərbaycanda 2020-ci il üçün yaşayış minimumunun məbləği məlum olub.
Azvision.az -ın məlumatına görə, bu barədə 2020-ci ilin büdcə zərfinə daxil olan “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsində qeyd olunub.

Belə ki, yaşayış minimumunun ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat müəyyən edilib.

Həmçinin, ölkəmizdə gələn il üçün ehtiyac meyarının həddi müəyyənləşib. Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə gələn il üçün ehtiyac meyarının həddi 160 manat məbləğində müəyyənləşib.

Hər iki qanun layihəsi Milli Məclis tərəfindən qəbul olunduqdan sonra sənədlər təsdiqlənməsi üçün prezidentə göndəriləcək.

Qeyd edək ki, hər iki qanun 2020-ci ilin yanvarın 1-dən qüvvəyə minir.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Yaşayışminimumu   Ehtiyacmeyarı  





Xəbər lenti