Gəncədə velosiped yürüşü keçiriləcək

  23 Oktyabr 2019    Oxunub : 1149
Gəncədə velosiped yürüşü keçiriləcək
Oktyabrın 27-də Gəncə şəhərində velosiped yürüşü keçiriləcək.
Azvision.az xəbər verir ki, “Regional İnkişaf” İctimai Birliyi, Gəncə Şəhər İcra Hakimiyyəti, Azərbaycan Velosiped İdmanı Federasiyası və “Gəncə – 2019-cu ilin Avropa İdman Şəhəri” layihəsinin birgə təşkilatçılığı ilə keçiriləcək veloyürüş saat 16:00-da Gəncə şəhəri Dəmiryol Vağzalının qarşısından start götürəcək, Gəncə şəhər İcra Hakimiyyətinin qarşısında başa çatacaq.

Tədbirin məqsədi sağlam həyat tərzinin təbliği, regionlarda velosiped idmanının təşviqidir.

Xatırladaq ki, Gəncə eyni zamanda ötən ilin may ayında 2019-cu ilin Avropa İdman Şəhəri elan edilib. Bu titulu MDB ölkələri arasında ilk dəfə Gəncə şəhəri qazanıb. İstirahət günü təşkil olunacaq veloyürüşdə iştirak sərbəstdir.

Azvision.az

Teqlər: Gəncə   Veloyürüş