Naxçıvan əhalisinin sayı artıb

   Naxçıvan əhalisinin sayı artıb
  23 Oktyabr 2019    Oxunub:1939
Muxtar respublikada əhalinin sayı bir il öncəyə nisbətdə 3,3 min nəfər artaraq 1 sentyabr 2019-cu il tarixə 458,3 min nəfər olub.
Azvision.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.

Qeyd olunub ki, əhali artımının təmin olunmasında yeni doğulanlar və müsbət miqrasiya ilə yanaşı, insanların uzunömürlü yaşaması da mühüm rol oynayır. Belə ki, cari ilin ötən dövründə əhalinin hər 1000 nəfərinə hesabı ilə ölənlərin sayı muxtar respublikada 4,5 nəfər təşkil edib ki, bu da ölkənin digər iqtisadi rayonları və Bakı şəhəri ilə müqayisədə ən aşağı göstəricidir.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Naxçıvan   Əhali  





Xəbər lenti