Peskov: “ABŞ kürdləri Türkiyə ilə döyüşə məcbur etdi”

  Peskov:  “ABŞ kürdləri Türkiyə ilə döyüşə məcbur etdi”
  23 Oktyabr 2019    Oxunub:2303
Son bir neçə ildə kürdlərin ən yaxın müttəfiqi olan ABŞ onları sərhəddə buraxaraq, Türkiyəyə qarşı vuruşmağa məcbur etdi.

Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentin mətbuat katibi Dmitri Peskov ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffrinin kürdlərin razılaşmada göstərilən əraziləri tərk etməsinə şübhə ilə yanaşdığına dair bəyanatını şərh edərkən bildirib.
"ABŞ son bir neçə ildə kürdlərin ən yaxın müttəfiqi olub. Yekunda isə Amerika kürdləri atdı və əslində onlara xəyanət etdi. İndi kürdləri sərhəddə qoyub, az qala türklərə qarşı vuruşmağa məcbur edir", - deyə Peskov vurğulayıb.

Onun sözlərinə görə, silahlı kürd birləşmələri geri çəkilməsə, o zaman Suriya sərhədçilərinin və Rusiya hərbi polisinin geri çəkilməli olacaqları tamamilə aydındır. Və faktiki olaraq qalan kürd birləşmələri Türkiyə ordusunun zərbəsi altına düşəcək.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ   Peskov   Suriya   Kürd   Türkiyə  





Xəbər lenti