FHN yıxılan şəxsə kömək etdi

FHN yıxılan şəxsə kömək etdi
  23 Oktyabr 2019    Oxunub:1348
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Xətai rayonunda 1 nəfərin yaşayış binasının giriş hissəsindəki beton plitənin üzərinə yıxılaraq orada köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşı aşağı düşürüb və aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az



Teqlər: FHN   Xilasetmə  





Xəbər lenti