Gəncədə iki nəfər bıçaqlanıb, biri ölüb

 Gəncədə iki nəfər bıçaqlanıb,  biri ölüb
  23 Oktyabr 2019    Oxunub:1816
Oktyabrın 22-də saat 22 radələrində Gəncə şəhər sakinləri Ə.Verdiyev və Ə.Həsənovun kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilməsi, Ə.Verdiyevin orada ölməsi barədə Nizami (Gəncə) Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri nəticəsində hadisənin münaqişə zəminində şəhər sakini E.Məmmədov tərəfindən törədilməsi müəyyən edilib.

Qəsdən adam öldürməkdə şübhəli bilinən E.Məmmədov saxlanılıb. Gəncə şəhər prokurorluğu tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti