Ağrıyan qol və ağrıdan vicdansızlıq - VİDEOBLOQ

  23 Oktyabr 2019    Oxunub : 14258
 Ağrıyan qol və ağrıdan vicdansızlıq - VİDEOBLOQ
Polisin dəfələrlə rəsmi xəbərdarlığına baxmayaraq, özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran təşkilat üzvləri, daha doğrusu, bir qrup radikal oktyabrın 19-da Bakıda qanunsuz aksiyaya cəhd etdi. Gözlənildiyi kimi təxribat məqsədi daşıyan icazəsiz mitinq cəhdinin qarşısı polis əməkdaşları tərəfindən alındı, şəhərin mərkəzində ictimai asayişin pozulmasına imkan verilmədi.
Aksiyadan sonra özlərinin qeyri-qanuni hərəkətlərinə haqq qazandırmağa çalışan Əli Kərimli və tərəfdarları sosial şəbəkələrdə Azərbaycan polisini hədəfə alıb, bunu çirkin şəkildə kampaniyaya çevirdilər. Xidməti vəzifəsini yerinə yetirən asayiş keşikçilərini "zorakılıq"da günahlandırmağa başladılar. Nədənsə polislərimiz əleyhinə kampaniya aparanlar hər işdə bizə nümunə göstərdikləri Avropa ölkələrində qanunsuz aksiyaların necə dağıdılmasını yada salmaq istəmədilər.

Əslində həmin gün - 19 oktyabrda nələr baş vermişdi?

Azvision.az-ın əməkdaşı Bəxtiyar Məmmədov növbəti videobloqunda mitinqin canlı şahidi kimi hadisələrin əsl mahiyyətini, qanunsuz aksiyaya cəhdin pərdəarxası məqamlarını göstərib.

Həmin videobloqu təqdim edirik:



Azvision.az

Teqlər: Milli-Şura   Müxalifət   Mitinq