Ramiz Mehdiyev AMEA-nın prezidenti seçilib - Yenilənib

Ramiz Mehdiyev AMEA-nın prezidenti seçilib -  Yenilənib
  23 Oktyabr 2019    Oxunub:9860
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ümumi yığıncağında AMEA-nın prezidenti vəzifəsinə keçirilən seçkilər başa çatıb.

Azvision.az xəbər verir ki, AMEA-nın akademikləri və müxbir üzvlərinin iştirakı ilə keçirilən səsvermədə Ramiz Mehdiyev Akademiyanın prezidenti seçilib.
Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağında Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti seçilmiş Ramiz Ənvər oğlu Mehdiyev bu vəzifəyə təsdiq ediilib.

Qeyd edək ki, oktyabrın 23-də Prezident İlham Əliyev Ramiz Mehdiyevin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

***
(16:41)

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağı keçirilir.

Azvision.az xəbər verir ki, tədbirdə AMEA-nın həqiqi və müxbir üzvləri, akademiyanın institut və təşkilatlarının direktorları iştirak edirlər. Yığıncaqda AMEA-nın prezidenti vəzifəsindən istefa verən Akif Əlizadə çıxış edib. O, AMEA-nın prezidentliyinə akademik Ramiz Mehdiyevin namizədliyini irəli sürüb və ona səs verilməsinə çağırış edib.

Daha sonra Ramiz Mehdiyev, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli, Tarix İstitutunun direktoru Yaqub Mahmudov çıxış ediblər.

Qeyd edək ki, 85 yaşlı akademik Akif Əlizadə ərizə yazaraq AMEA prezidenti vəzifəsindən istefa verib.

Aytən Zəhra
Azvision.az


Teqlər: AMEA   Seçki  





Xəbər lenti