“İndiki iqtisadi artım templəri məni qane etmir” - Prezident

   “İndiki iqtisadi artım templəri məni qane etmir” -    Prezident
  24 Oktyabr 2019    Oxunub:1785
Biz elə etməliyik ki, iqtisadi inkişaf dayanıqlı olsun.
Azvision.az xəbər verir ki, bu sözləri oktyabrın 23-də Prezident İlham Əliyev Mikayıl Cabbarovu yeni vəzifəyə təyin olunması ilə əlaqədar qəbul edən zaman deyib.

Dövlətimizin başçısı qeyd edib: “Bizim iqtisadiyyatımız dayanıqlı olmalıdır. İndiki iqtisadi artım templəri məni qane etmir. Düzdür, bunun obyektiv səbəbləri var. Hazırda neftin hasilatının bir qədər aşağı düşməsi nəticəsində ümumi daxili məhsulda müəyyən dərəcədə yavaşıma var. Ancaq doqquz ayda ümumi daxili məhsul 2,5 faiz artıb, amma qeyri-neft sektorunda 3,5 faiz. Hesab edirəm ki, bu, pis göstərici deyil. Ancaq bizi qane etmir. Düzdür, kənd təsərrüfatı 7 faizdən çox, qeyri-neft sənayesi 15 faizdən çox artıb. Bu, çox müsbət hallardır. Ancaq biz elə etməliyik ki, bu inkişaf dayanıqlı olsun. Buna nail olmaq üçün bundan sonra da çox ciddi islahatlar aparılmalıdır”.

Azvision.az



Teqlər: Prezident   İlham-Əliyev  





Xəbər lenti