Lənkəranda itkin düşən uşaq meşədə tapıldı

  Lənkəranda itkin düşən uşaq meşədə tapıldı
  24 Oktyabr 2019    Oxunub:2732
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə, Lənkəran şəhərinin Bəliton kəndində 2013-cü il təvəllüdlü Muradov Əli Nurəddin oğlunun itkin düşməsi barədə məlumat daxil olub.
FHN-dən Azvision.az -a verilən məlumata görə, dərhal nazirliyin Cənub Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı İdarəsinin və Rayon Polis Şöbəsinin əməkdaşları, həmçinin Rayon İcra Hakimiyyətinin yerli qüvvələri, könüllülər də axtarışlara cəlb olunublar.

Axtarış-xilasetmə tədbirləri nəticəsində Muradov Əli Nurəddin oğlu “Hirkan Milli Parkı” yaxınlığında meşəlik ərazidə tapılıb. Uşağın vəziyyəti normaldır. O, aidiyyəti üzrə təhvil verilib.

Azvision.az



Teqlər: FHN   Lənkəran   Meşə   Uşaq   İtkin  





Xəbər lenti