INNOLAND “İlin innovasiya ekosistemi təmsilçisi” seçilib

INNOLAND “İlin innovasiya ekosistemi təmsilçisi” seçilib
  24 Oktyabr 2019    Oxunub:1858
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi “İnnovation Awards Gala” mükafatlandırma mərasimində “İlin innovasiya ekosistemi təmsilçisi” nominasiyası üzrə qalib olub.
Agentlikdən Azvision.az -a verilən məlumata görə, mükafatlandırma mərasimi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Heydər Əliyev Mərkəzi ilə birgə keçirdiyi “InnoWeek – İnnovasiya həftəsi” tədbiri çərçivəsində baş tutub.

Azvision.az



Teqlər: INNOLAND  





Xəbər lenti