“Gəncləri narahat edən məsələləri müzakirə edirik” - Nazir

“Gəncləri narahat edən məsələləri müzakirə edirik” -    Nazir
  24 Oktyabr 2019    Oxunub:1625
"Gənclər arasında mübadilələrin, eyni zamanda dünyada sivilizasiyalararası dialoqun aparılması yolu ilə bir çox məsələlərin həll edilməsinə nail ola bilərik".
Azvision.az xəbər verir ki, bunu Gənclər və İdman naziri Azad Rəhimov Qoşulmama Hərəkatının Gənclər Sammitində çıxışı zamanı deyib. Nazir bildirib ki, son illərdə dünyanın müxtəlif yerlərində dini, milli zəmində qarşıdurmalar, müharibələr müşahidə edilir, dözümsüzlük meylləri artır. Ümumiyyətlə, dinlərarası və mədəniyyətlərarası münasibətlərin sağlam zəmində qurulması bəşəriyyətin əsas vəzifəsidir.

Nazirin sözlərinı görə, müxtəlif beynəlxalq fəaliyyətlər vasitəsi ilə gənclər arasında ünsiyyətin saxlanılması və dialoqoun inkişaf etdirilməsi mümkündür.

"Siz bu gün burada dünyada gəncləri narahat edən məsələləri müzakirə edəcəksiniz. Xüsusilə də sülh, təhlükəsizlik, davamlı inkişaf və insan haqlarının qorunması kimi mövzular ətrafında fikirlərinizi paylaşacaqsınız. Müzakirələrin nəticəsi olaraq sabah keçiriləcək dövlət və hökumət başçılarının Zirvə Görüşünə sizlərin tövsiyələri təqdim ediləcək. Bu unikal imkandan istafdə edərək dünya liderinə gənclərin səsini çatdırmaq üçün yaxşı imkanınız var. Bu imkandan hər birinizi maksimum dərəcə yararlanmağa cağırıram".

Aytən Zəhra
Azvision.az


Teqlər: Azad-Rəhimov  





Xəbər lenti