Hərbçilərin Dünya Oyunlarında 2 güləşçimiz finala yüksəlib

  24 Oktyabr 2019    Oxunub : 476
Hərbçilərin Dünya Oyunlarında 2 güləşçimiz finala yüksəlib
Çinin Uxan şəhərində keçirilən Hərbçilərin VII Dünya Oyunları yarışları davam edir.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Beynəlxalq Hərbi İdman Şurasında (CISM) Azərbaycan nümayəndə heyətinin rəhbəri, polkovnik Rəşad Quliyevin rəhbərliyi ilə yarışlara qatılan MOİK dünya arenasında uğur qazanmaq üçün inamla mübarizə aparır.

Bu gün yunan-Roma güləşi üzrə daha iki idmançımız, baş leytenant Rafiq Hüseynov (87 kq), leytenant Həsən Əliyev (77 kq) çəki dərəcələrində bütün rəqiblərinə inamla qalib gələrək dünya oyunlarının finalına vəsiqə qazanıblar.

Azvision.az

Teqlər: Güləş   Hərbçi