Bank sektorunun xalis mənfəəti 3 dəfə artıb

  24 Oktyabr 2019    Oxunub : 1052
 Bank sektorunun xalis mənfəəti 3 dəfə artıb
30 sentyabr 2019-cu il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 31,363.3 mln. manat, cəmi öhdəlikləri isə 26,674.8 mln. manat təşkil edib. Sektorun balans kapitalı 4,688.5 mln. manat olub.
Maliyyə Bazarlarına Nəzarət Palatasından Azvision.az -a verilən məlumata görə, sentyabr ayına sektorun aktivlərinin 44.2%-ni kredit portfeli təşkil edib. Cari ilin 9 ayı ərzində kredit portfeli 9.8% (1.2 mlrd. manat) artıb. Banklar üzrə ümumi kredit portfeli ayın sonuna 13,872.1 mln. manat təşkil edib.

Kredit portfelinin 61.6%-ni biznes, 38.4%-ni isə istehlak kreditləri təşkil edib. Aktivlərin 46.4%-ni xarici valyutada olan aktivlər təşkil edir. Kredit portfelinin 34.8%-i xarici valyutadadır.

2019-cu ilin sentyabr ayında fiziki şəxslərin əmanətləri 8,491.3 mln. manat təşkil edib. Bu ilin əvvəli ilə müqayisədə 2.7% (221.6 mln. manat) artım deməkdir. Artım daha çox tələbli əmanətlər hesabına baş verib. Belə ki, ilin əvvəlindən tələbli əmanətlər 8.4% (235.0 mln. manat) artıb. Digər müsbət trend milli valyutada olan əmanətlərin 21.8% (665.3 mln. manat) artmasıdır. Xarici valyutada olan əmanətlər isə əksinə olaraq 8.5% (443.7 mln. manat) azalıb.

9 ay ərzində bankların əməliyyat gəlirləri 1 935,1 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 15,1% çox), əməliyyat xərcləri 1 242,7 milyon manat (6% çox), xüsusi ehtiyatlara ayırmaları 135,7 milyon manat (56,75% az), digər gəlirləri 21,4 milyon manat (17,8 dəfə çox), mənfəət vergisi ödəmələri isə 55,4 milyon manat (2,2 dəfə çox) təşkil edib.


Azvision.az

Teqlər: Bank