Tovuzda mikroavtobus maşınla toqquşub, ölən var

Tovuzda mikroavtobus maşınla toqquşub,    ölən var
  24 Oktyabr 2019    Oxunub:1698
Tovuz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, rayonun Yuxarı Öysüzlü kəndi ərazisində sakin Qədim Ağayevin idarə etdiyi “VAZ-2107” markalı avtomobillə şəhər sakini S.Quliyevin idarə etdiyi “Mercedes” markalı mikroavtobus toqquşub.

Nəticədə Q.Ağayev və avtomobilində olan sərnişinlərdən həmkəndlisi İsmət Qarayev hadisə yerində ölüb, digər sərnişini isə xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti