Xidmət rəisi Argentina Sabadoşla görüşüb

Xidmət rəisi Argentina Sabadoşla görüşüb
  24 Oktyabr 2019    Oxunub:1644
Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Cənub-Şərqi Avropa, Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru xanım Argentina Sabadoşla görüşüb.
DMX-dan Azvision.az -a verilən məlumata görə, qonaqları səmimi salamlayan Xidmət rəisi Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində tətbiq olunan yeniliklər və həyata keçirilən layihələr, eləcə də miqrasiyanın idarəedilməsi sahəsində DMX-nin əsas tərəfdaşlarından olan Beynəlxalq Miqrasiya Təşkilatı ilə mövcud faydalı əməkdaşlıqdan bəhs edib.

Bildirib ki, DMX və BMqT arasında birgə əməkdaşlıq əlaqələri çərçivəsində bir çox mühüm əhəmiyyətli layihələr həyata keçirilir.



Vüsal Hüseynov miqrasiya idarəçiliyi üzrə potensialların gücləndirilməsi, texniki təchizatın yaxşılaşdırılması, Xidmətin təlim-tədris imkanlarının təkmilləşdirilməsi istiqamətində BMqT ilə əhəmiyyətli tədbirlərin reallaşdırılmasını xüsusilə qeyd edib.

BMqT-nin regional direktoru xanım Argentina Sabadoş Azərbaycanın miqrasiya siyasətinin həyata keçirilməsində Dövlət Miqrasiya Xidmətinin rolunu vurğulayaraq, DMX ilə BMqT arasında əlaqələri yüksək qiymətləndirib. Birgə əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini ifadə edib.



Görüşdə, həmçinin mövcud əməkdaşlıq, eləcə də perspektivdə duran məsələlər ərtafında fikir mübadiləsi aparılıb.

Azvision.az


Teqlər: Miqrasiya   DMX  





Xəbər lenti