"Sərhədlərin toxunulmazlığı vacibdir" - BMT-dən Qarabağ açıqlaması

   "Sərhədlərin toxunulmazlığı vacibdir" -    BMT-dən Qarabağ açıqlaması
  24 Oktyabr 2019    Oxunub:2577
"BMT dövlətlərin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığını vacib hesab edir"

Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında BMT Baş Assambleyasının Prezidenti Tijjani Muhammad-Bande deyib.
O bildirib ki, BMT beynəlxalq hüququn formalaşmasına öz dəstəyini verib və dövlətlərin sərhədlərinin toxunulmazlığını vacib sayır: "Biz bütün dövlətləri buna əməl etməyə çağırırıq. BMT-də qəbul edilmiş qətnamələr bunu nümayiş etdirir. Dövlətlərin sərhədləri dəyişdirilməməli, sərhədlər toxunulmaz olaraq qalmalıdır".

Tijjani Muhammad-Bande, həmçisinin qeyd edib: "Biz razılaşma olmadan güc tətbiq etməklə dəyişdirilmiş sərhədləri tanımırıq. BMT Təhkükəsizlik Şurasının, Baş Assambleyanın mövqeyi var və bu, dəyişmız olaraq qalır. Bir mexanizm olmalıdır ki, bu cür münaqişələr həllini tapsın. BMT-nin rolu həmin mexanizmə yardım etmək olar. Hazırda Azərbaycan və Ermənistan arasında danışıqlar aparılır. Ümid edirik ki, dinc şəkildə münaqişə həllini tapacaq".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: BMT   Qarabağ   Münaqişə  





Xəbər lenti