Rusiyanın ən varlı qadınları - FOTOLAR

  24 Oktyabr 2019    Oxunub : 1390
 Rusiyanın ən varlı qadınları - FOTOLAR
“Forbes” Rusiyanın ən varlı qadınlarının yeni siyahısını açıqlayıb.
Azvision.az xəbər verir ki, siyahıda ilk yeri 1,2 milyard dollar sərvətə sahib olan Yelena Baturina tutub.



Moskvanın sabiq meri Yuri Lujkovun həyat yoldaşı olan Y.Baturina bununla 7-ci dəfə reytinqdə birinci olub.



Siyahıda ikinci yerdə Rusiyanın ən iri internet-mağazası “Wildberries”in qurucusu Tatyana Bakalçuk qərarlaşıb. Onun 1 milyard dollara yaxın sərvəti var.



Reytinqə ilk dəfə daxil olan “Rossiya” bankının auksioneri Yuri Kovalçukun həyat yoldaşı Tatyana Kovalçuk 600 milyon dollar sərvətlə 3-cüdür.



Milyarder Dimitri Rıbolovlevin həyat yoldaşı Yelena Rıbolovleva 600 milyon dollara yaxın sərvətlə siyahıda dördüncü yeri tutub.

“Proqress” kompaniyasının səhmdarı Olqa Belyavtseva isə 550 milyon dollar varidatla siyahının 5-ci pilləsində qərarlaşıb.



Qeyd edək ki, jurnalın hesablamalarına görə, reytinq iştirakçılarının ümumi varidatı rekord göstəriciyə - 9,9 milyard dollara çatıb.

Kənan Məmmədov
Azvision.az

Teqlər: Rusiya   Forbes