YAP seçkilərlə bağlı MSK-ya müraciət etdi

   YAP seçkilərlə bağlı MSK-ya müraciət etdi
  24 Oktyabr 2019    Oxunub:1842
Yeni Azərbaycan Partiyası (YAP) dekabrın 23-də keçiriləcək Bələdiyyə seçkilərində iştirakla bağlı Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edib.
Partiyadan Azvision.az -a verilən məlumata görə, Yeni Azərbaycan Partiyasının İdarə Heyəti Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələblərinə müvafiq olaraq bələdiyyə seçkilərində iştirakla bağlı qərar qəbul edib. İdarə Heyətinin qəbul etdiyi qərarda göstərilir ki, Yeni Azərbaycan Partiyası 23 dekabr 2019-cu il tarixdə Azərbaycan Respublikasında keçiriləcək bələdiyyə seçkilərində ölkəni əhatə edən bütün bələdiyyələr üzrə seçkilərdə iştirak etsin.

Mərkəzi Seçki Komissyasına ünvanlanmış məktubda qeyd olunur ki, yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilər vətəndaşların demokratik proseslərdə iştirakı baxımından xüsusi əhəmiyyət kəsb edir.

"Yeni Azərbaycan Partiyası ölkəmizdə keçirilən bütün Bələdiyyə seçkilərində fəal iştirak edərək əhəmiyyətli uğurlara imza atıb. Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin bu qərarı əldə olunmuş uğurları daha da genişləndirmək, vətəndaşların Bələdiyyə seçkilərində fəal iştirakını təmin etmək məqsədilə qəbul edib", - müraciətdə qeyd olunub.

Azvision.az


Teqlər: YAP   MSK   Seçki  





Xəbər lenti