Əlcəzair Prezidenti Bakıya səfərə gəlib

Əlcəzair Prezidenti Bakıya səfərə gəlib
  25 Oktyabr 2019    Oxunub:1919
Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelkader Bensalah Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 24-də Azərbaycan Respublikasına səfərə gəlib.
Azvision.az xəbər verir ki, Prezident Abdelkader Bensalahı Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycanın Baş Nazirinin müavini Əli Əhmədov, Xarici İşlər nazirinin müavini Nadir Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.

Azvision.az



Teqlər: Əlcəzair   Səfər  





Xəbər lenti