FHN köməksiz qalan şəxsləri xilas edib
Çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri vətəndaşlara müvafiq köməklik göstərib.
Digər məlumata əsasən, Gəncə şəhərinin Kəpəz rayonunda 1 azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri azyaşlını xilas edib və aidiyyəti üzrə təhvil veriblər.
Sumqayıt şəhərində isə 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. FHN-in Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri vətəndaşa müvafiq köməklik göstərib.
Azvision.az