Bakı metrosu gücləndirilmiş rejimə keçdi

 Bakı metrosu gücləndirilmiş rejimə keçdi
  25 Oktyabr 2019    Oxunub:1584
Qoşulmama Hərəkatının Bakıda keçirilən 18-ci Zirvə Görüşü ilə əlaqədar əhalinin ictimai nəqliyyatdan sıx istifadəsini nəzərə alaraq Bakı Metropoliteni əlavə tədbirlər planı hazırlayıb.
Azvision.az xəbər verir ki, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Zaur Hüseynov bununla bağlı müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Qoşulmama Hərəkatının 18-ci Zirvə Görüşünün Bakıda keçirilməsi ilə bağlı paytaxt küçələrində tədbir saatlarında bəzi ərazilərdə yollarda hərəkətin məhdudlaşdırılması nəticəsində sıxlığın aradan qaldırılması üçün metro stansiyaları gücləndirilmiş iş rejiminə keçib.

Azvision.az



Teqlər: Metro   Qatar  





Xəbər lenti