Daha min nəfərin sosial yardımı dayandırılacaq - Saxtakarlıq faktı

Daha min nəfərin sosial yardımı dayandırılacaq -  Saxtakarlıq faktı
  25 Oktyabr 2019    Oxunub:4185
Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, qarşıdakı dövrdə də sosial sahədə islahatlar uğurla davam etdirilməklə və daha da genişləndirilməklə, bu islahatlarda əsas prioritet – idarəetmə və xidmət sahələrində şəffaflığın, vətəndaş məmnunluğu prinsipinin yüksək səviyyədə təminatı olacaq.
Azvision.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib. Onun sözlərinə görə, ölkədə ilk proaktiv xidmət kimi, 2019-cu ilin əvvəlindən pensiyaların avtomatlaşdırılmış qaydada təyinatı mexanizminə keçilib. Bu günlərdə növbəti addım kimi, uşağın doğulmasına görə birdəfəlik müavinət təyinatı da elektronlaşdırılıb və ilin sonunadək 10-dək müavinət və təqaüd növü üzrə də təyinat mexanizmi elektronlaşacaq.

Ünvanlı sosial yardım sisteminin təkmilləşdirilməsi işlərinin aparıldığını qeyd edən S.Babayev ümumilikdə bu proqramın aztəminatlı ailələrə daha əlçatan olmasının təmin edilməsi işlərinin aparıldığını və proqramın əhatə dairəsinin genişlənəcəyini deyib.

Nazir bildirib ki, eyni zamanda, sosial yardım təyinatının şəffaflaşdırılması və ünvanlılığının təmin edilməsi işləri aparılır. Araşdırma və təhlillər nəticəsində nazirlik 1800 nəfərin saxta yollarla ünvanlı dövlət sosial yardımı aldığını müəyyən edib və həmin şəxslərə yönələn yardımlar dərhal dayandırılıb. Daha minədək şəxsin də saxta şəkildə sosial yardım aldığına dair şübhələr vardır ki, onlarla bağlı da eyni tədbirlər görülməklə, onlara yönələn yardımlar dayandırılacaq.

Saxta yollarla sosial yardım almağa şərait yaradan, bunun üçün bilərəkdən qısa müddətli əmək müqavilələri bağlayan, yaxud əmək müqavilələrində bilərəkdən əmək haqlarını reallıqda olduğundan az göstərməklə işçilərinin böyük qisminin sosial yardıma çıxışına süni imkan yaradanlarla bağlı da hüquq mühafizə orqanlarına müraciət olunacaq.

Azvision.az



Teqlər: Sosial-yardım   Sahil-Babayev  





Xəbər lenti