Çin komandası Hərbçilərin Dünya Oyunlarından kənarlaşdırılıb

 Çin komandası Hərbçilərin Dünya Oyunlarından kənarlaşdırılıb
  25 Oktyabr 2019    Oxunub:1979
Çin komandası Uxan şəhərində keçirilən Hərbçilərin VII Dünya Oyunlarından diskvalifikasiya olunub.

Azvision.az xəbər verir ki, bu barədə “CNN” agentliyi məlumat yayıb. Bildirilib ki, Hərbçilərin VII Dünya Oyunlarında iştirakçı olan ölkələr ev sahiblərinin haqsız oyunu barədə hakimlərə məlumat verib.
Fransa və Rusiya daxil olmaqla altı iştirakçı ölkənin şikayətindən sonra hakimlər yerli tamaşaçıların Çin idmançılarına kömək etdiklərini müəyyən ediblər. Belə ki, tamaşaçılar çinli idmançılara yolu qısa müəyyən etmək üçün nişanlar qoyub və finişə tez çatmaqları üçün xüsusi yollar hazırlayıblar.

Yekun qərarla Çin yığması uzun məsafəyə qaçış yarışlarda iştirakdan məhrum edilib.

Qeyd edək ki, Çindən olan idmançılar qadınların orta məsafəyə qaçışında birinci, ikinci və dördüncü, kişilərdə isə ikinci yeri tutublar.

İlkin Nəcəfzadə
Azvision.az


Teqlər: Hərbçi  





Xəbər lenti