Mərkəzi Bank uçot dərəcəsini azaltdı

   Mərkəzi Bank uçot dərəcəsini azaltdı
  25 Oktyabr 2019    Oxunub:2386
Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsinin 8%-dən 7,75 %-ə endirilməsinə dair qərar qəbul edib.
Azvision.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib. Onun sözlərinə görə, faiz dəhlizinin yuxarı və aşağı hədləri uçot dərəcəsinə ±1,75%-lik diapazonda müəyyən edilib.

AMB sədri qeyd edib ki, sentyabr ayında inflyasiya 2,5 faiz təşkil edib: "2019-cu ilin sonuna inflyasiya 4 faiz gözlənilir, bu da hədəf diapazonunun mərkəzinə yaxındır".

Aytən Zəhra
Azvision.az



Teqlər: Mərkəzi-Bank   Elman-Rüstəmov  





Xəbər lenti