Elman Rüstəmov istefa xəbərinə münasibət bildirdi

 Elman Rüstəmov istefa xəbərinə münasibət bildirdi
  25 Oktyabr 2019    Oxunub:7998
"Bu gün Mərkəzi Bankın rəhbəri kimi qarşınızda çıxış edirəm. Mən öz postumdayam və fəaliyyətimi davam etdirirəm".

Azvision.az xəbər verir ki, bunu Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov vəzifəsindən istefa verməsi barədə yayılan məlumatlara münasibət bildirərkən deyib.
O, tövsiyə edib ki, KİV orqanları xəbərləri yayarkən rəsmi mənbələrə istinad etsinlər: "Bu gün qarşınızda bank sədri kimi çıxış edirəm və öz postumdayam. Xahiş edirəm ki, ancaq rəsmi mənbələrə inansınlar".

Aytən Zəhra
Azvision.az



Teqlər: Elman-Rüstəmov  





Xəbər lenti