“Tam üzən məzənnə”yə keçməyin şərti açıqlandı

“Tam üzən məzənnə”yə keçməyin şərti açıqlandı
  25 Oktyabr 2019    Oxunub:1590
"Azərbaycanda manatın "tam üzən məzənnə" rejiminə keçməsi üçün dövlət qiymətli kağızlar bazarını genişləndirməlidir".
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib. Onun sözlərinə görə, bankların portfelində belə kağızların yaranması bütövlükdə banklararası pul bazarının aktivləşməsinə və genişlənməsinə gətirib çıxaracaq.

"Bu gün bir çox banklarda əhəmiyyəti likvidlik var, bəzilərində yoxdur. Bu gün aktiv banklararası bazar görmürük, çünki onun girov bazası zəifdir. Həmçinin, donor banklardan pul vəsaitinin axını görmürük".

E.Rüstəmov qeyd edib ki, bank sektorunda həssaslıq aradan qaldırılmalıdır: "Bu istiqamətdə gördüyümüz tədbirlər proqramı genişdir. Biz bunun reallaşmasına qısa müddətdə başlayacağıq".

Aytən Zəhra
Azvision.az


Teqlər: Manat   Məzənnə  





Xəbər lenti