Qoşulmama Hərəkatına sədrlik Azərbaycana təhvil verilib

  25 Oktyabr 2019    Oxunub : 2657
 Qoşulmama Hərəkatına sədrlik Azərbaycana təhvil verilib
Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü keçirilir.
Azvision.az xəbər verir ki, Zirvə Görüşünü Qoşulmama Hərəkatının hazırkı sədri olan Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro açıb və çıxış edib. Sonra Qoşulmama Hərəkatına sədrlik Azərbaycana təhvil verilib.

Qoşulmama Hərəkatının sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə Görüşündə nitq söyləyib.

Qeyd edək ki, Azərbaycan Respublikası 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik edəcək.

Azvision.az

Teqlər: Venesuela   Azərbaycan   Hərəkat