FHN: 9 ayda 43 nəfər yanğında ölüb

     FHN:    9 ayda 43 nəfər yanğında ölüb
  25 Oktyabr 2019    Oxunub:1679
Cari ilin doqquz ayında respublika ərazisində 1818 yanğın hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Azvision.az -a verilən məlumata görə, yanğınların 1327-si çoxmənzilli binalarında və fərdi evlərdə, 98-i açıq sahələrdə, 275-i nəqliyyat vasitələrində, 9-u meşə və meşə talalarında, 109-u isə digər yerlərdə baş verib.

Qeydə alınan hadisələr zamanı 43 nəfər həlak olub, 168 nəfər xəsarət alıb. Bu da ötən ilin hesabat dövrü ilə müqayisədə yanğından həlak olanlar üzrə 19 nəfər və ya 31 faiz azdır. Xəsarət alanların sayı isə ötən ilin müvafiq dövrünə nisbətən 41 nəfər və ya 32 faiz çoxdur.

Azvision.az



Teqlər: FHN   Yanğın  





Xəbər lenti