Azərbaycan-Küveyt əlaqələri müzakirə edilib

  25 Oktyabr 2019    Oxunub : 1039
Azərbaycan-Küveyt əlaqələri müzakirə edilib
Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində Küveyt Dövlətinin Baş Nazirinin müavini, Xarici İşlər naziri Sabah Xalid Al Hamad Al Sabah ilə görüşüb.
XİN-in mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, nazirlər iki ölkə arasında mövcud olan əməkdaşlıq münasibətləri və ikitərəfli əlaqələrin genişləndirilməsi perspektivləri barəsində fikir mübadiləsi aparıblar.

Azərbaycanı Qoşulmama Hərəkatına sədrliyi münasibətilə təbrik edən Sabah Xalid Al Hamad Al Sabah XVIII Zirvə Görüşünün yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdırıb.

Görüş zamanı ikitərəfli siyasi münasibətlərin cari vəziyyətini yüksək qiymətləndirilib və Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında Əməkdaşlıq üçün Birgə Komissiyanın növbəti iclasının tezliklə keçirilməsinin zəruriliyi vurğulanıb.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Azvision.az

Teqlər: XİN   Küveyt