Məmmədyarov həmkarı ilə danışıqlar apardı

Məmmədyarov həmkarı ilə danışıqlar apardı
  26 Oktyabr 2019    Oxunub:1564
Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində İordaniya Haşimilər Krallığının Xarici İşlər və Diaspor naziri Ayman Safadi ilə görüşüb.
Nazirliyin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, görüşdə iki ölkə arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə edilib.

A.Safadi Qoşulmama Hərəkatının Nazirlər Konfransının yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə təşəkkür edib.

Görüşdə Yaxın Şərq bölgəsində cərəyan edən proseslər ətraflı şəkildə müzakirə olunub.

Tərəflər, həmçinin Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığın davam etdirilməsinin vacibliyini qeyd ediblər.

Azvision.az



Teqlər: XİN   Məmmədyarov  





Xəbər lenti