Gəncədə yanğınla nəticələnən partlayış olub

Gəncədə yanğınla nəticələnən partlayış olub
  26 Oktyabr 2019    Oxunub:1546
Gəncə şəhərinin Kəpəz rayonunda yanğın baş verib.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yanğınla nəticələnən partlayış baş verib. Yanğın nəticəsində ümumi sahəsi 25 m² olan 1 otaqlı mənzilin yanar konsturuksiyaları 16 m² sahədə yanıb. Partlayış dalğasının təsirindən otağın qapı və pəncərə çərçivələri yerindən çıxıb.

Yanğın zamanı 5 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az



Teqlər: FHN   Gəncə   Yanğın   Partlayış  





Xəbər lenti