Bakı-Bakıxanov qatarları birgün işləməyəcək

Bakı-Bakıxanov qatarları birgün işləməyəcək
  26 Oktyabr 2019    Oxunub:1336
Bakı-Bakıxanov marşrutu üzrə hərəkət edən elektrik qatarları birgünlük işləməyəcək.
“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyindən Azvision.az-a verilən məlumata görə, Böyükşor-Bakıxanov mənzilində yerüstü piyada keçidinin dayaqlarının quraşdırılması ilə əlaqədar oktyabrın 27-də Bakı-Bakıxanov marşrutu üzrə işləyən elektrik qatarlarının hərəkəti birgünlük dayandırılacaq.

Elektrik qatarı oktyabrın 28-dən ənənəvi qrafik üzrə sərnişinlərin istifadəsində olacaq.

Azvision.az



Teqlər: Qatar   Bakıxanov  





Xəbər lenti