Ermənistanda hərbçilərin pulu verilmir - Milyonlarla dollar borc yığılıb

  26 Oktyabr 2019    Oxunub : 4874
Ermənistanda hərbçilərin pulu verilmir - Milyonlarla dollar borc yığılıb
Ermənistan mətbuatı yüzlərlə hərbçinin və digər güc strukturları işçilərinin xidmət illərində toplanmış məzuniyyət pullarını almadıqlarını yazıb.

Azvision.az -ın məlumatına görə, ehtiyatada olan hərbçilərin birliyinin üzvü Qevork Hovhannisyan bildirib ki, dövlətin hərbi qulluqçulara borcu milyonlarla dollar həcmində qiymətləndirilir.
Ermənistan Müdafiə Nazirliyi faktı təkzib etməyib. Lakin hərbçilərin sayını, borcun miqdarını açıqlamaqdan imtina ediblər.

Müdafiə Nazirliyidən bu cür statistikaları saxlamadıqlarını, problemin neçə hərbçini əhatə etməsinin araşdırıldığı qeyd olunub.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Ermənistan   Statistika   Hərbçi