Orduda “Ən yaxşı mühəndis şəhərciyi” müsabiqəsi keçirilir - VİDEO

Orduda “Ən yaxşı mühəndis şəhərciyi” müsabiqəsi keçirilir -    VİDEO
  26 Oktyabr 2019    Oxunub:2512
Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunda “Ən yaxşı mühəndis şəhərciyi” müsabiqəsinə start verilib.
Nazirliyin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, müsabiqədə mühəndis qoşunlarının, xüsusilə cəbhə bölgəsində yerləşən hissə və bölmələrin hazırlığı yoxlanılır.



Məqsəd mühəndis hazırlığının yüksək səviyyədə təşkili və yerinə yetirilməsini təmin etmək, şəxsi heyətin mühəndis təminatı tapşırıqlarını mürəkkəb və çətin döyüş şəraitində, ərazinin relyefinə uyğun yerinə yetirilməsi vərdişlərini təkmilləşdirməkdən ibarətdir.

Qaliblər müsabiqənin yekun nəticələrinə əsasən müəyyən ediləcək.

Azvision.az



Teqlər: Müdafiə-Nazirliyi   Ordu   Müsabiqə  





Xəbər lenti