İlham Əliyev Kralla görüşdü - FOTOLAR

   İlham Əliyev Kralla görüşdü -    FOTOLAR
  27 Oktyabr 2019    Oxunub:1784
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da Esvatininin Kralı Əlahəzrət III Msvati ilə görüşüb.
Azvision.az xəbər verir ki, görüşdə Esvatininin Kralı Əlahəzrət III Msvati Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünün yüksək səviyyədə təşkil edildiyini vurğulayıb və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib.

Görüşdə ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləməsinin əhəmiyyəti vurğulanıb. Müxtəlif sahələrdə, o cümlədən turizm, energetika, elm, təhsil, humanitar və digər sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.







Azvision.az



Teqlər: Prezident   İlham-Əliyev  





Xəbər lenti