FHN köməksiz qalan 4 nəfəri xilas edib

FHN köməksiz qalan 4 nəfəri xilas edib
  27 Oktyabr 2019    Oxunub:1627
Abşeron rayonunun Xırdalan şəhərində və Bakı şəhərinin Sabunçu rayonunda biri azyaşlı olmaqla 3 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Azvision.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1 nəfəri xilas edib, 2 nəfərə köməklik göstərib;

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan digər məlumata əsasən, Şirvan şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaşa köməklik göstərilib.

Azvision.az



Teqlər: FHN   Mənzil   Kömək   Xilas  





Xəbər lenti