“Deputatların yaşı müzakirə mövzusu deyil” - 74 yaşlı komitə sədri

  “Deputatların yaşı müzakirə mövzusu deyil” -    74 yaşlı komitə sədri
  27 Oktyabr 2019    Oxunub:6022
Son günlər ölkədə aparılan kadr islahatları fonunda Milli Məclis deputatlarının yaş məsələsi də gündəmə gəlib. Sosial şəbəkələrdə gedən müzakirələrdə növbəti parlament seçkilərində daha çox gənclərə şans verilməsi, yaşlı deputatların yola salınması barədə fikirlər səsləndirilir. Bəzi deputatlar parlamentin gəncləşməsini dəstəkləsə də, bir çoxları buna birmənalı yanaşmır.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov Azvision.az -a açıqlamasında bildirib ki, parlamentdə yaş senzi yoxdur. Bu mənada kimin deputat seçilib-seçilməməsi vətəndaşlardan asılı olan məsələdir.

"Burada kim sağlamdırsa, kim işini bilirsə, o da işləyir. Kadr islahatlarının keçirilməsinin tərəfdarıyam. Amma seçkilərə hələ bir il var. Seçkiyə qədər kim yaşaya, kim qala... Tələsmək lazım deyil. Deputatların neçə yaşının olması niyə jurnalistləri maraqlandırır? Əksəriyyət bu sualı verir. Bu məsələ müzakirə mövzusu deyil. Hələ bir il var, vaxt yaxınlaşanda gedib və ya qalacağımız barədə açıqlama verəcəyik", - deyə 74 yaşlı komitə sədri vurğulayıb.

Qeyd edək ki, Eldar İbrahimov I, II, III, IV, V çağırış Milli Məclisin deputatıdır.

Aytən Zəhra
Azvision.az



Teqlər: Milli-Məclis   Eldar-İbrahimov  





Xəbər lenti