Məzun gecəsində qanlı olay: Ölən və yaralılar var

  27 Oktyabr 2019    Oxunub : 1382
Məzun gecəsində qanlı olay: Ölən və yaralılar var
ABŞ-ın Texas ştatında silahlı insident baş verib.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Texas A&M universitetində təşkil olunan məzun gecəsində qeydə alınıb. Silahlı hücum nəticəsində azı iki nəfər həlak olub, 10 nəfər yaralanıb.

Hadisə yerinə çoxlu sayda təcili yardım briqadası və polis əməkdaşları cəlb olunub. Cinayətin motivləri məlum deyil.

Azvision.az

Teqlər: ABŞ   İnsident   Atışma