İŞİD lideri öldürülüb? - Dünyanın gündəmini dəyişən xəbər - VİDEO

   İŞİD lideri öldürülüb?    - Dünyanın gündəmini dəyişən xəbər -  VİDEO
  27 Oktyabr 2019    Oxunub:6267
İŞİD terror təşkilatının lideri Əbu Bəkr əl-Bağdadinin öldürülməsi barədə məlumat yayılıb.

Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, iddialara əsasən, əl-Bağdadi ABŞ hərbçilərinin Suriyanın İdlib vilayətində keçirdiyi əməliyyat zamanı zərərsizləşdirilib.
İŞİD liderinin ölüm xəbəri bir anda dünyanın gündəmini zəbt etsə də, məlumat hələlik rəsmən təsdiqlənməyib. Ehtimal olunur ki, ABŞ Prezidenti Donald Tramp “Twitter” hesabında “çox əhəmiyyətli hadisə oldu” yazmaqla Bağdadinin ölümünə işarə edir.

Türkiyənin Milli Müdafiə Nazirliyinin yaydığı məlumatda isə bildirilib ki, ABŞ-ın İdlibdə keçirdiyi əməliyyatdan öncə iki ölkə arasında məlumat mübadiləsi aparılıb.

Bundan başqa, İŞİD rəhbərinin öldürüldüyü deyilən ərazinin görüntüləri yayılıb.



Qeyd edək ki, daha əvvəl bir neçə dəfə Əbu Bəkr əl-Bağdadinin ölüm xəbəri yayılıb. Terror qruplaşmasına yaxın mənbələr həmin məlumatları təkzib ediblər.

Azvision.az


Teqlər: İŞİD   Terror   Lider   ABŞ  





Xəbər lenti