“19 ildir deputatam, hələ rəqibim yoxdur” - Eldar Quliyev

  27 Oktyabr 2019    Oxunub : 2954
 “19 ildir deputatam, hələ rəqibim yoxdur” - Eldar Quliyev
“Parlament seçkilərinə bir ildən çox vaxt qalıb. İndidən namizəd olub-olmayacağımı demək tezdir. Bu barədə fikirləşib, yekun qərarımı verəcəyəm”

Bunu Azvision.az -a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan Kooperasiya Universitetinin rektoru Eldar Quliyev deyib.
68 yaşlı millət vəkili parlamentin gəncləşməsinin tərəfdarı olduğunu bildirib: “19 ildir ki, millət vəkiliyəm, gələn il 20 olacaq. İmkan olduqca əlimizdən gələni etmişik. Mən də nəinki iqtisadiyyatda və siyasətdə, həm də parlamentdə kadrların gəncləşməsinin tərəfdarıyam. Növbəti seçkilər barədə fikirləşirəm. Hələ rəqibim yoxdur. Rəqibimiz də olsa, elə birinin deputat olmasını istərdim ki, dövlətinə, xalqına, ölkəsinə bağlı olsun. Seçicilərini dinləsin, qəbul etsin. Əgər şəxsi mənafeyini fikirləşib, deputatlığa qazanc yeri kimi baxacaqsa, ona heç bir seçici səs verməyəcək”.

Aytən Zəhra
Azvision.az

Teqlər: Eldar-Quliyev   Deputat