“Qalatasaray” əzəli rəqibinə məğlub oldu - FOTO

  27 Oktyabr 2019    Oxunub : 1163
“Qalatasaray” əzəli rəqibinə məğlub oldu - FOTO
Türkiyə Super Liqasında 9-cu turun oyunları davam edir.
Azvision.az xəbər verir ki, turun mərkəzi oyununda "Beşiktaş" əzəli rəqibi "Qalatasaray" ilə üz-üzə gəlib.



Gərgin idman mübarizəsi şəraitində keçən derbi "qara qartallar"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçda yeganə qolu 69-cu dəqiqədə Umut Bayir vurub. Görüşdə əlavə qol qeydə alınmayıb.



Azvision.az

Teqlər: Qalatasaray   Beşiktaş   Derbi