İki yaşayış məntəqəsinin qazı kəsildi

İki yaşayış məntəqəsinin qazı kəsildi
  28 Oktyabr 2019    Oxunub:1800
Oktyabrın 28-də saat 10:00-dan təmir işləri başa çatanadək Samux rayonunun 2 yaşayış məntəqəsində qaz təchizatında fasilələr olacaq.
Azvision.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, bu zaman Samux rayonu ərazisində yerləşən “Alabaşlı” ölçü qovşağının çıxışında quraşdırılmış kollektorda aşkar olunmuş qaz sızmalarının ləğvi işləri aparılacaq.

Azvision.az



Teqlər: Qaz   Samux  





Xəbər lenti