Tərtərdə qadın tüfənglə özünü güllələyib

 Tərtərdə qadın tüfənglə özünü güllələyib
  28 Oktyabr 2019    Oxunub:1908
Oktyabrın 27-də Tərtər rayon sakini olan bir qadının Bəyimsarov kəndindəki evinin həyətində pnevmatik tüfənglə ehtiyatsız davranması nəticəsində açılmış atəşdən qol nahiyəsindən aldığı xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, qadına xəstəxanada ilkin tibbi yardım göstərilib.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib, hadisə yerindən “Kralsal-15” markalı pnevmatik tüfəng aşkar edilərək götürülüb.

Araşdırma aparılır.

Azvision.az


Teqlər: Tərtər   Tüfəng  





Xəbər lenti