“Yaş 75-i keçibsə, Milli Məclisdə qalmaq olmaz” - Qocaman deputat

   “Yaş 75-i keçibsə, Milli Məclisdə qalmaq olmaz” -    Qocaman deputat
  28 Oktyabr 2019    Oxunub:3008
Milli Məclisin İntizam Komissiyasının sədri, millət vəkili Ağacan Abıyev 2020-ci ildə keçiriləcək parlament seçkilərində namizədliyini irəli sürməyəcək.

Bu barədə Azvision.az -a 82 yaşlı deputat özü açıqlamasında bildirib. O, hesab edir ki, bu yaşdan sonra parlamentdə qalmaq, seçkidə namizəd olmaq düzgün deyil.
"Yaşım çoxdur. Bundan sonra işləməyim yaxşı çıxmaz. Mənim yaşda adam pensiyaya çıxıbsa, parlamentdə işləməyə haqqı yoxdur. Parlamentin işi də asan deyil. Hesab edirəm ki, yaş 75-i keçibsə, Milli Məclisdə qalmaq olmaz, ən azından düzgün deyil. Mən bundan sonra elmi fəaliyyətimə davam edəcəyəm" - deyə qocaman deputat vurğulayıb.

Aytən Zəhra
Azvision.az



Teqlər: Ağacan-Abıyev  





Xəbər lenti