Prezident Ağdaşa səfər edib - FOTO

  28 Oktyabr 2019    Oxunub : 1754
Prezident Ağdaşa səfər edib - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Ağdaş rayonuna səfərə gedib.
Azvision.az xəbər verir ki, dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Ağdaş şəhərində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Rayon icra hakimiyyətinin başçısı Tofiq İbrahimov Prezident İlham Əliyevə son illər Ağdaşda görülən işlər, həyata keçirilən layihələr, eləcə də Ulu Öndərin abidəsi ətrafında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verib.

Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verib.





Azvision.az

Teqlər: Prezident   İlhamƏliyev