Quldurluq edən keçmiş məhkum saxlanılıb

Quldurluq edən keçmiş məhkum saxlanılıb
  28 Oktyabr 2019    Oxunub:1187
Quldurluqda şübhəli bilinən Xırdalan şəhər sakini tutulub.
Azvision.az DİN-ə istinadən xəbər verir ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 17-də saat 5 radələrində Xırdalan şəhəri ərazisindəki köşklərdən birinin qarşısında orada işləyən M.Qasımlını tapançaya oxşar əşya ilə hədələyərək 70 manatını quldurluq yolu ilə almaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Z.Əliyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Xırdalan   Cinayət   Quldurluq  





Xəbər lenti