Vəkil olmaq istəyən 245 nəfər imtahan verəcək

  28 Oktyabr 2019    Oxunub : 708
Vəkil olmaq istəyən 245 nəfər imtahan verəcək
Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı oktyabrın 31-də ixtisas imtahanlarının yazılı test mərhələsi keçiriləcək.
Kollegiyadan Azvision.az -a verilən məlumata görə, Dövlət İmtahan Mərkəzinin kompüter mərkəzində təşkil olunacaq imtahan kompüter vasitəsilə-elektronlaşdırılmış qaydada aparılacaq. İmtahanda 245 namizəd iştirak edəcək.

İmtahanda iştirak edəcək namizədlərdən şəxsiyyəti təsdiq edən sənədlərini təqdim etməklə 31 oktyabr 2019-cu il tarixdə saat 09:00-da Bakı şəhəri, Abdulvahab Salamzadə 28 (Bakı Asiya Universiteti) ünvanında yerləşən kompüter mərkəzinə gəlmələri xahiş olunur.

Azvision.az

Teqlər: Vəkil   Kollegiya