Qəbələdə əhalinin mənzil-məişət şəraiti yaxşılaşdırılır

Qəbələdə əhalinin mənzil-məişət şəraiti yaxşılaşdırılır
  28 Oktyabr 2019    Oxunub:1488
Prezident İlham Əliyev "Qəbələ şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması haqqında" sərəncam imzalayıb.
Azvision.az xəbər verir ki, sərəncamla Qəbələ şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 48 mənzilli yaşayış binasının tikintisi üçün 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qəbələ Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.

Azvision.az


Teqlər: Prezident   İlhamƏliyev  





Xəbər lenti